AZ

Starmer Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazır olduğunu bildirib

Böyük Britaniyanın baş naziri Kir Starmer istənilən sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazır olduğunu bildirib. Bu barədə  The Telegraph qəzeti məlumat verir.

"Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik təminatları üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bu, ən azı 2030-cu ilə qədər Böyük Britaniyanın artıq ildə 3 milyard funt sterlinq töhfə verdiyi Ukrayna ordusuna əlavə dəstək daxildir",- cənab Starmer əlavə edib.

Britaniya nazirinin sözlərinə görə, "Bu, həm də lazım gələrsə, öz qoşunlarımızı yerdə yerləşdirməklə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hazır olmaq və istəyi deməkdir”.

Starmer qeyd edib ki, “Ukraynanın təhlükəsizliyinin təmin olunmasına kömək etməkdə istənilən rol bizim qitəmizin təhlükəsizliyini və bu ölkənin təhlükəsizliyini təmin etməyə kömək edir”.

Britaniyanın baş naziri əmindir ki, müharibənin sonu Rusiya prezidenti Vladimir Putinin yeni hücumu qarşısında müvəqqəti fasilə ola bilməz.

Onun sözlərinə görə, Britaniya Ukraynada sülh prosesində Avropa və ABŞ arasında körpü rolunu oynaya bilər: "Qarşıdakı bu həlledici günlər qitəmizin gələcək təhlükəsizliyini müəyyənləşdirəcək. Parisdə deyəcəyəm ki, sülh gücdən gəlir. Amma bunun əksi də doğrudur. Zəiflik müharibəyə aparır".

Starmer: "Bu, hamımızın addım atmağımız üçün bir andır - və Birləşmiş Krallıq bunu edəcək, çünki bu, dəyər verdiyimiz dəyərlər və azadlıqlar üçün doğrudur və bu, öz milli təhlükəsizliyimiz üçün əsasdır."

"The Teleqraf" qeyd edir ki, Ukraynada Avropanın başçılıq etdiyi sülhməramlı qüvvələrin tam olaraq necə olacağı bəlli deyil. Müzakirə ediləcək təkliflərdən biri isə Avropa qoşunlarının sülh sazişi ilə müəyyən ediləcək cəbhə xəttindən daha uzaqda yerləşdirilməsidir.

S.ELAY

XQ

 

Seçilən
15
6
xalqqazeti.az

8Mənbələr