AZ

The Guardian: Paris Rusiya atəşkəsi pozarsa, Ukraynanın NATO-ya daxil olması variantını müzakirə edəcək

Britaniyanın “The Guardian” nəşrinin məlumatına görə, bazar ertəsi Parisdə keçiriləcək görüşdə Avropa liderləri, xüsusən, Rusiya sülh sazişi əldə olunacağı təqdirdə atəşkəsi pozarsa, Ukraynanın avtomatik olaraq NATO üzvlüyünə qəbulu variantını müzakirə edəcək.

Avropalı diplomatik mənbələr bazar ertəsi günortadan sonra keçiriləcək sammitdə Almaniya, İngiltərə, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri, həmçinin Avropa Komissiyasının sədri və NATO-nun baş katibinin bir araya gələcəyini bildiriblər.

Nəşrin məlumatına görə, görüşdə etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün Avropanın Ukraynaya verə biləcəyi müdafiə imkanları, o cümlədən Rusiya tərəfindən atəşkəs rejiminin açıq şəkildə pozulduğu halda Ukraynanın avtomatik olaraq NATO üzvlüyünə qəbul edilməsi planı müzakirə olunacaq.

Nəşr yazır ki, Rusiyanın atəşkəsi pozması şərti ilə Ukraynanın NATO-ya üzvlüyü təklifi bəzi amerikalı senatorlar tərəfindən irəli sürülüb və hazırda Finlandiya prezidenti Aleksandr Stubb da daxil olmaqla bəzi Avropa liderlərinin dəstəyini qazanıb.

Stubb Rusiyanın ambisiyaları ilə bağlı ehtiyatlılıq ifadə edib və bildirib ki, Rusiyanın təsir dairələri fantaziyalarına qapı açılmamalıdır. İstənilən danışıqlarda Ukraynaya “müstəqillik, suverenlik və ərazi bütövlüyü” təmin edilməlidir”.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bazar günü Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı vəziyyəti və Avropa təhlükəsizliyini müzakirə etmək üçün bazar ertəsi Avropa liderlərinin fövqəladə sammiti keçirəcəyini təsdiqləyib.

Bundan əvvəl Makronun çağırdığı sammit barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski də açıqlama verib. O, Avropa liderlərinin ABŞ prezidenti Donald Trampın yaratdığı problemləri "çox ciddi" müzakirə edəcəyinə ümid etdiyini bildirib.

Məlum olduğu kimi, Aİ dövlətləri bəyan edirlər ki, Rusiya ilə Avropasız sülh sazişi variant deyil.

S.ELAY

XQ

 

 

 

 

Seçilən
8
xalqqazeti.az

1Mənbələr