AZ

Ölkəsini xilas edən şəxs heç bir qanun pozmaz - Tramp

Bakı, TurkicWorld

Ölkəsini xilas edən şəxs heç bir qanun pozmaz.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, onun icra hakimiyyətinə qoyulan hüquqi məhdudiyyətlərə qarşı dirənişini davam etdirərək Fransa imperatoru Napolyon Bonapartın məşhur sözünü paylaşıb.

Trampın X (keçmiş Twitter) və Truth Social platformalarında paylaşdığı bu ifadə Demokratların sərt reaksiyası ilə qarşılanıb.

Bunun provokativ bir bəyanat olduğu güman edilir və hüquq komandasının bütün səylərinə baxmayaraq , Trampın radikal fikirləri tez- tez sosial şəbəkələrdə müzakirə mövzusu olur

Qeyd edək ki, Üç həftə əvvəl ikinci dəfə prezident vəzifəsinə başlayan Donald Trampın idarəetmə üslubu tənqidlərə səbəb olur. Onu “hakimiyyətdən sui-istifadə” etməkdə günahlandıranlar var.

Ağ Evdən verilən açıqlamada, bəzi hakimlər Trampın fərmanlarını əngəlləməyə çalışdıqları üçün “səlahiyyətlərindən sui-istifadə etməkdə” ittiham olunub.

Bununla yanaşı, Trampın müşavirləri sosial media vasitəsilə hakimlərə qarşı çıxış edərək, onların vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.

Seçilən
32
turkic.world

1Mənbələr