“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın İngiltərə Premyer Liqası çempionluğu uğrunda “Liverpul”la mübarizə aparacağını bildirib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə iddiasını təqdim edir:
“Biz qovub, “Liverpul”a çatmaq istəyindəyik. Komandam, yolunun üzərindəki maneələrə rəğmən, bunun üçün mütləq səyini ortaya qoyacaq. Biz bunun üçün çox işləyirik. Bizim dayanmaq fikrimiz yoxdur. Görək, nə qədər uzağa gedə biləcəyik”, deyə Mikel Arteta vurğulayıb.
Cari mövsümdə keçirdiyi 25 oyunda 53 xal toplamış “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Liverpul” isə 60 xalla yarış cədvəlinin lideridir.