AZ

Hadisə Sinan Akçılı belə RƏDD ETDİ

Türkiyənin məşhur "O Səs Türkiyə" musiqi yarışmasında Sinan Akçılın münsiflər heyətində yer alacağı gözlənilirdi. Lakin bu plan məşhur müğənni Hadisənin müdaxiləsi ilə dəyişdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə proqramla müqaviləsinə xüsusi bir maddə əlavə etdirib. Bu maddə ilə keçmiş sevgilisi Sinan Akçılın münsiflər heyətində olmamasını şərt qoydu.

Nəticədə, Sinan Akçıl layihədən uzaqlaşdırıldı və Hadisə yenidən yarışmada münsif olaraq iştirak edir. Hazırda münsiflər heyətində Melike Şahin, Gökhan Özoğuz, Beyazıt Öztürk və Hadisə var. Yarışmanın ikinci bölümündə Hadisə ilə Melike Şahin arasında "təcrübə" mövzusunda maraqlı dialoq yaşanıb. Hadisə, təcrübəsinə güvəndiyini bildirərkən, Melike Şahin isə təravətinə güvəndiyini vurğulayıb. Bu dialoq sosial mediada böyük əks-səda doğurub.

Bundan əlavə, Hadisə 21 fevralda çıxacaq "Fırtınam" adlı sinqlının üz qabığını İnstagramda paylaşaraq, izləyiciləri ilə sevincini bölüşüb.


Seçilən
21
1
news24.az

2Mənbələr