ABŞ-da Donald Tramp administrasiyası aprelin 20-nə qədər Ukraynada atəşkəs yaratmağı planlaşdırır.
Editor.az bu barədə Bloomberg-ə istinadla xəbər verir.
Hökumət dairələrindəki mənbələrə istinadən bildirilib ki, Tramp administrasiyası Avropa bürokratlarına Ukraynada Pasxa bayramına qədər atəşkəs istədiyini bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında çərşənbə günü təxminən bir saat yarım davam edən telefon danışığı olub. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, liderlər Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi, eləcə də Ukraynadakı vəziyyətin həlli ilə bağlı məsələləri müzakirə ediblər və Vaşinqtonun Ukraynadakı vəziyyətin həllində Moskvanın əsas həmsöhbəti olduğunu qeyd ediblər.
//Gülnarə Abasova, Editor.az