Bakı, 17 fevral: “28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Sevgililər Gününə Özəl Britaniyanın “Bridcit Cons. Oğlana heyran” romantik komediyasının premyeradan öncə nümayişi keçirilib.
Film ingilis yazıçısı Helen Fildinqin romanı əsasında çəkilib.
Rejissor Maykl Morrisdir.
Əsas rolları Rene Zellveqer, Kolin Fyort, Çivetel Eciofor, Leo Vudall, Hyu Qrant, Emma Tompson və başqaları ifa ediblər.
Film haqqında qısaca: Bir neçə il əvvəl Bricit Cons sevimli həyat yoldaşını itirmişdi – Mark Darsi Sudanda humanitar missiya zamanı həlak olmuşdu. Həyatına davam etməyə çalışan Bricit işə qayıdır və hətta tanışlıq proqramını yükləyir. Bu proqram vasitəsilə onun həyatına gənc və yaraşıqlı oğlan daxil olur. İndi isə tənha ana olaraq Bricit ev, iş və romantik münasibətləri necəsə birləşdirməli, atasızlıqdan əziyyət çəkən oğlunu dəstəkləməli, həmçinin oğlunun məktəbindəki ideal anaların qınaqlarına sinə gəlməlidir.
Xüsusi nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
“CineMastercard” kinoteatrının komandası və “Bolşoy Prazdnik” dekorasiya şirkəti hər bir detalı diqqətlə düşünüblər ki, qonaqlar sevgi və romantika mühitinə qərq olsunlar.
Ürək formalı şarlar, canlı musiqi, ürək formasında animatorun parlaq obrazı,
romantik kompozisiyalar və “Selfie Room”-dan yaddaqalan fotoşəkillər bu axşam hər kəsə parlaq və səmimi hisslər bəxş etdi.
Tədbirin təşkilində Brand Media Groups, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, event agentliyi “Hellofox” və “Hillside” premium şərabları dəstək göstəriblər.
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.