AZ

Estanis Pedrola “Bolonya”da

İtaliyanın “Sampdoriya” klubunun hücumçusu Estanis Pedrola bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Bolonya”nın rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi 21 yaşlı ispaniyalı futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub. “Bolonya” ispan forvardın yarım mövsümlük icarəsi üçün “Sampdoriya”ya 500 min avro ödəyib. Gənc hücumçunun transfer hüquqlarının alınması üçün nə qədər ödəniləcəyi açıqlanmır.

Estanis Pedrola “Reus Deportiu”, “Espanyol” və “Barselona” klublarının futbol akademiyalarından keçib. “Sampdoriya” ispan futbolçunu 2023-cü ilin yayında “Barselona”dan icarəyə götürüb. 2024-cü ilin yayında isə İtaliya klubu Kataloniya təmsilçisinə 3 milyon avro ödəməklə Pedrolanın transfer hüquqlarını da alıb.

Pedrola “Sampdoriya”nın əsas komandasının heyətində 26 oyuna çıxıb. O, bu qarşılaşmalarda 3 qolla yadda qalıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
37
arena.az

1Mənbələr