Böyük Britaniya istənilən sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.
“Bunu düşünməmiş demirəm. Britaniya hərbi personalı üçün potensial təhlükə ilə bağlı çox dərin məsuliyyət hiss edirəm. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol bütün Avropanın təhlükəsizliyini gücləndirməyə kömək edəcək”, - o bildirib.
Starmer qeyd edib ki, London Ukraynadakı hərbi münaqişənin həlli prosesində unikal rol oynaya və Avropa ilə ABŞ arasında körpü ola bilər:
“Qarşıdakı bu həlledici günlər qitəmizin gələcək təhlükəsizliyini müəyyən edəcək. Sülh güc üzərindən gəlir. Amma bunun əksi də doğrudur. Zəiflik müharibəyə aparır”.