AZ

Milli Kitabxanada Əliağa Vahida həsr olunan virtual sərgi təqdim edilib

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi, Füzuli ənənələrinin davamçısı Əliağa Vahidin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Böyük qəzəl ustadı Əliağa Vahid” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eliaga_Vahid/index.htm linkindən istifadə edə bilərlər.

Seçilən
16
2
azertag.az

3Mənbələr