AZ

Mirşahin: “Xarici xüsusi xidmət orqanlarının tilovunda soxulcan rolu oynayan Tural Sadıqlını - zibil torbasını yaxşı tanıyırlar”

Azərbaycanımızın daxilində BBC, Amerikanın səsi, Sputnik, Azadlıq kimi asılı media subyektlərinin fəaliyyətinə xitam verilir. Necə deyərlər qondarma azadlıqdan, qondarma müstəqillikdən məhrum etmə mükafatlarına layiq görülürük. İnformasiya məkanında tam müstəqillik təmin edilir. Asılı media yığışdırılır. Qalır bircə ölkədən kənarda fəaliyyət göstərən zibilik uşaqları. Məsələn, zibilxana məmulatı: Tural Sadiqli. Bu mənəvi idbar öz həyat yoldaşına qurşaqdan aşağı məhkəmə qurub. Çox iyrəncdir.

 

Pravda.az xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

 

“Adam başdan-ayağa kompromatdan ibarətdir. Ona görə ən alçaq niyyətlərdən ötrü istifadə edilməyə məcbur olur. Bu zibilxana məmulatı, qucağında oturduğu xüsusi xidmətlərin sifarişini hər dəfə daha çox mütiliklə yerinə yetirir. Əxlaqı hər yerindən çat verən, vətənə xəyanətin bütün çalarlarını özündə daşıyan Tural Sadıqlı kimiləri tanımaq, onları “necə insan olmamaq lazımdır?” sualının cavabı kimi tanıtmaq lazımdır: Xarici xüsusi xidmət orqanlarının tilovunda soxulcan rolu oynayan bu zibil torbasını öz düşərgəsində də yaxşı tanıyırlar. Yaşadığı ölkədən deportasiya ediləcəyini hiss etdiyindən özünü nökərçiliyini etdiyi xarici xüsusi xidmət orqanlarına heç olmasa daha bir müddət yararlı təqdim etmək istəyi ilə ən ağlasığmaz yalanlara, təhqirə əl atır. Avropada isə nə ona, nə də digər suraqat canlı Məhəmməd Mirzəliyə yer olacaq. Həm istifadə möhlətləri bitib, həm də Trampın hakimiyyətə qayıdışı ilə Avropanın onsuz da qara günləri başlayıb. Dünən dediklərini bu gün, Trampa xoş olsun deyə danmağa çalışan ağaları indi öz hayındadır. Hayında, yəni həm də ermənisində…” – o qeyd edib.

Tarix: 17 Fevral 2025, 10:54   
Seçilən
21
pravda.az

1Mənbələr