AZ

Azərbaycan-Somali əməkdaşlığında ən mühüm istiqamətlərindən biri təhsil sahəsidir

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iki ölkə rasında münasibətlərin tarixində ilk dəfə ölkəmizə rəsmi səfərə gəlməsi iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Somali   İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Fevral ayının 12-də Bakıd a imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi şübhəsizdir. Kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri çərçivəsində qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

İki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.Azərbaycan artıq müdafiə sənayesində güclü potensial yaradıb və bu təcrübəsini Somaliyə ötürməyə hazırdır. Bu sahədə birgə təlimlər, müdafiə avadanlıqlarının istehsalı və təchizatı iki ölkə arasındakı strateji tərəfdaşlığın güclənməsinə xidmət edəcək.

İkitərəfli əməkdaşlığın ən mühüm istiqamətlərindən biri təhsil sahəsi oldu. Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüdlə təhsil alması artıq iki ölkə arasındakı akademik əlaqələrin qurulduğunu göstərir. Yeni imzalanmış sazişlərlə bu imkanların daha da genişlənəcəyi və tələbə sayının artırılacağı gözlənilir. Bu, Somalinin gələcək inkişafı üçün bilikli və ixtisaslı kadrların hazırlanmasına şərait yaradacaq.Bundan əlavə, Azərbaycan Somali iqtisadiyyatına sərmayə yatırmaq imkanlarını araşdırır. Xüsusilə kənd təsərrüfatı, infrastruktur və liman qurğuları sahələrində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycanın özünü təmin edən kənd təsərrüfatı modelini Somaliyə təqdim etməsi, bu ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verə bilər.İki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan artıq müdafiə sənayesində güclü potensial yaradıb və bu təcrübəsini Somaliyə ötürməyə hazırdır. Bu sahədə birgə təlimlər, müdafiə avadanlıqlarının istehsalı və təchizatı iki ölkə arasındakı strateji tərəfdaşlığın güclənməsinə xidmət edəcək.Bütün bu məqamları nəzərə alaraq, qeyd etmək lazımdır ki, Azərbaycan və Somali arasında imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcək.

G.Məmmədova,
24 N-li məktəbin Azərbaycan dili müəllimi

Seçilən
24
ikisahil.az

1Mənbələr