AZ

Yanvarda əhali 62 milyon manatlıq kompüter və çap məhsulları alıb

2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 62,1 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar ayına nisbətən 14,5%  çoxdur.

Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 1,3% faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları alınmasına sərf olunub.

Seçilən
27
fed.az

1Mənbələr