AZ

“Qardaşım çarəsiz xəstədir” - Nadir

“Beş bacımdan sonra bir qardaşım dünyaya gəldi. Hazırda o xəstəxanadadır. Qardaşım çoxdan xəstədir”.

OLAY yazır ki, bu haqda müğənni Nadir Qafarzadə qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.

Özündən kiçik qardaşı haqqında danışan sənətçi bildirib ki, o, Birinci Qarabağ savaşında iştirak etdikdən sonra səhhətində ciddi problemlər yaranıb və bu səbəbdən illərdirki, xəstəxanada müalicələr alır:

“Qardaşım 90-cı illərdə Ağdam döyüşlərində iştirak edib. Birinci Vətən müharibəsi iştirakçısıdır. Ondan sonra o səhhəti ilə bağlı xəstəxanalarda müalicələr alır. Heç evə gəlmir. Hərdən onu evə gətirirəm. Amma səhhəti pisləşir və xəstəxanaya qayıtmalı olur. Çarəsiz bir xəstəlikdir. Onu evdə saxlamaq mümkün deyil. Hamını, qonşuları narahat edir. Ailəlidir. Onun iki oğlan övladı var. Bir oğlu universiteti bitirib digəri isə məktəbdə oxuyur. Bu haqda danışmırdım. Bu söhbətin açılmağını istəmirdim. Zamanında o çox yaxşı bir oğlan idi. O yalnız məndən qorxur və sözümə əməl edir. Məni görəndə “quzu” olur, sakitləşir. Onun xanımı illərdir ki, yanında oturub və ona dözür. Övladlarını böyüdür. Daha çox bacım onlarla maraqlanır, düzdür mənim də əlim onların üstündədir. Gözəl şəraitləri var. Böyük evləri var. Bu əslində çox böyük yükdür. Artıq mən özümü düşünmürəm. Mənim 54 yaşım var. Deyirəm ki, ehtiyacı olan insanlara kömək etməliyəm və bunun üçün də mən oxumalıyam”.  

Seçilən
33
3
olay.az

4Mənbələr