AZ

Avtomobilində narkotik olan sürücü postda saxlanılıb

Bakı. Trend:

DYP-nin stasionar postunda narkotik vasitənin dövriyyəsininqarşısı alınıb.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuatxidməti məlumat yayıb.

Bildirilib ki, YPX Alayının Salyan rayonu ərazisində yerləşənstasionar postunda “Hyundai” markalı avtomobil saxlanılıb.

Sürücü A.Nadirovun qeyri-adekvat hərəkətləri şübhə doğurduğundanavtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildə qanunsuzolaraq daşınan narkotik vasitə - qurudulmuş marixuana və bir ədədbeşbarmaq aşkarlanıb. Sürücü nəqliyyat vasitəsi ilə birgə sonrakıaraşdırma üçün ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin dövriyyəsinəqarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirildiyini vəkriminal meyilli şəxslərə qarşı qanunla nəzərdə tutulan ən kəsərlitədbirlərin görüləcəyini bildirir.

Seçilən
19
az.trend.az

1Mənbələr