AZ

Qandonduran hadisə: 14 yaşlı gənci öldürüb...

Yaşamaq hüququ olan və bu günə qədər heç bir cinayət işi olmayan suriyalı qaçqın Avstriyanın Villax şəhərində bıçaqlı hücum həyata keçirib.

News24.az xəbər verir ki, hücum zamanı 14 yaşlı gəncin öldüyü, 6 nəfərin müxtəlif dərəcələrdə yaralandığı bildirilib.

Şahidlər 23 yaşlı hücumçunun hadisə zamanı və bundan sonra güldüyünü bildirib.

10 dəqiqədən az davam etdiyi təxmin edilən hücum suriyalı yemək daşıyan sürücünün oradan keçməsi və cəsarətlə müdaxilə etməsi ilə başa çatıb.

Günel Məlikzadə


Seçilən
32
news24.az

1Mənbələr