“Arsenal”ın hücumçusu Kay Haverts əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman futbolçu bud nahiyəsindən uğurlu əməliyyat keçirib.
Haverts bu mövsüm 34 oyunda 15 qol vurub, 5 məhsuldar ötürmə edib. O, yaya kimi yaşıl meydanlardan uzaq qalacaq.