AZ

Zaur Axundov narazı qaldı, XƏBƏRDARLIQ ETDİ (FOTO)

Premyer Liqada turnir cədvəlinin ikincisi “Araz Naxçıvan” qeyri-stabil çıxışını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, son 7 PL matçında yalnız bir qələbə qazanan komanda daxilində gərginlik yaşanır. Artıq klubun qeyri-rəsmi sahibi Zaur Axundov da mövcud situasiyadan narahat olmağa başlayıb. 

Ötən gün Tovuz səfərində də qeydə alınan yenilgi Axundovun Elmar Baxşıyevə xəbərdarlıq etməsi ilə nəticələnib. O, Baxşıyevə komandanı tez bir zamanda toparlamağı və bu durumu düzəltmək tapşırığı verib.

Hətta Axundov narazılığını “Turan Tovuz”la matçdan dərhal sonra Elmar Baxşıyev və onun köməkçisi Rasim Ramaldanova bildirib.

Seçilən
17
idmanxeber.az

1Mənbələr