AZ

“HƏMAS” Qəzzada hakimiyyəti Fələstin Milli Administrasiyasına təhvil verməyə hazırdır

“HƏMAS” Qəzza zolağının Fələstin Milli Administrasiyasının nəzarətinə keçməyə hazırdır. “Sky News Arabia” xəbər verir ki, bu barədə qərar Qahirədə keçirilən danışıqlarda qəbul edilib. Oxuməni.az xəbər verir ki, eyni zamanda qrup öz şərtlərini də irəli sürüb.

Hərəkatın üzvləri administrasiyadakı işlərini saxlamalı və ya zəmanətli müavinətlərlə pensiyaya göndərilməlidirlər. ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun sözlərinə görə, İsrail və “HƏMAS” arasında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar bu həftə başlayacaq. Razılaşmanın birinci mərhələsində tərəflər altı həftəlik atəşkəsə razılaşıblar. Bu müddət ərzində 33 israilli girov 1900 fələstinli ilə dəyişdirilməlidir.

Almaz Həsənli

Seçilən
28
oxumeni.az

1Mənbələr