AZ

Rusiya 147 PUA ilə hücum edib... - Bir gecədə

Fevralın 17-nə keçən gecə Rusiya ordusu Ukraynaya 147 “Şahed”və digər növ pilotsuz təyyarələrlə hücum edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb.

Rusların raketləri Rusiya Federasiyasının Bryansk, Kursk, Orel, Smolensk, Rostov vilayətləri və Krasnodar diyarından qalxıb.

Saat 9:00-a olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və mobil atəş qrupları tərəfindən 83 pilotsuz uçan aparat vurulub, daha 59 PUA isə mənfi nəticə vermədən kursdan çıxarılıb.

Hava hücumundan müdafiə vasitələri Xarkov, Poltava, Sumı, Çerniqov, Çerkassı, Kiyev, Kirovoqrad, Zaporojye, Dnepropetrovsk və Odessa vilayətlərində fəaliyyət göstərib.

Lalə
XəzərNews.az




Xəbər 4 dəfə oxunub.
Seçilən
67
7
xezernews.az

10Mənbələr