ABŞ-nin Tennessi, Kentukki, Virciniya və Corciya ştatlarını vuran qasırğa nəticəsində 9 nəfər həlak olub.
Medianews.az xəbər verir ki, Kentukki qubernatoru Endi Beşir fırtınadan sonra açıqlama verib.
Fırtınanın səbəb olduğu daşqınlar bir çox ev, iş yeri və yolu su altında qoyub.
Andy Beshear, fövqəladə hallara müdaxilə edənlərin 24 saatdan az müddətdə 1000-dən çox xilasetmə əməliyyatı həyata keçirdiyini və 300-dən çox yolun bağlandığını bildirib.
O, Kentukki sakinləri diqqətli olmağa çağırıb.
Medianews.az