AZ

Kompüterdən istifadə zamanı gözlərinizi belə qoruyun

Kompüterdə çox vaxt keçirən insanların yarıdan çoxu daimi göz yorğunluğu yaşayır, bu da xroniki diskomfort və görmə problemlərinə səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə oftalmoloqlar xəbərdarlıq edib.

Gözlərdə gərginliyi azaltmaq üçün iş yerini düzgün təşkil etməyi və hər şeydən əvvəl monitoru və gadget ekranlarını düzgün yerləşdirməyi tövsiyə edilir. Ekran göz səviyyəsindən bir qədər aşağıda, ona olan məsafə isə təxminən 50-70 santimetr olmalıdır. Bu halda, ekranda parıltının qarşısını almaq üçün otaqda işıqlandırma tənzimlənməlidir. Kompüterdə işləmək üçün hər 30-40 dəqiqədən bir fasilə verməyi unutmamaq da vacibdir.

Türkan İSGƏNDƏRLİ

Seçilən
19
redaktor.az

1Mənbələr