AZ

ABB-nin dəstəyi ilə türk dövlətlərinin biznes liderləri Bakıda bir araya gəldi

Bakı. Trend:

Bakıda ilk dəfə olaraq “Türk İnvestisiya Fondu və Türk Ticarətvə Sənaye Palataları Birliyinin (TCCI) biznes liderləri iləməlumatlandırma görüşü” keçirilib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının təşkiletdiyi görüşə ABB də dəstək verib. Belə bir görüşün məqsədisahibkarlara Türk İnvestisiya Fondunun fəaliyyəti haqqında məlumatvermək, onlara Fondun imkanlarından faydalanmaqda dəstəkolmaqdır.

Tədbirdə energetika, infrastruktur, texnologiya, kəndtəsərrüfatı, logistika, turizm və s. sektorlara investisiyaimkanları barədə təqdimatlar olub. O cümlədən, Türk Ticarət vəSənaye Palataları Birliyinə üzv ölkələrdə biznes və investisiyaimkanları mövzusunda təqdimatlar dinlənilib. Həmçinin BirliyinQadın Sahibkarlar Şurasının fəaliyyəti haqqında məlumatlar təqdimedilib.

Tədbir çərçivəsində Türk İnvestisiya Fondu ilə Türk Ticarət vəSənaye Palataları Birliyi arasında anlaşma memorandumu imzalanıb.Memorandum gələcək əməkdaşlıq perspektivlərini nəzərdə tutur.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi KubaniçbekOmuraliyev, Azərbaycan Respublikasının iqtisadiyyat nazirininbirinci müavini Elnur Əliyev, Türk İnvestisiya Fondunun prezidentiBağdad Əmrəyev, TCCI təşkilatına üzv ölkələrin ticarətpalatalarının rəhbərləri, bu dövlətlərin Azərbaycandakı fövqəladəvə səlahiyyətli səfirləri də iştirak edib.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.

Seçilən
21
12
az.trend.az

10Mənbələr