AZ

Dövlət Xidməti  34 avtonəqliyyat vasitəsini satışa çıxardı - 25 faiz endirimlə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkəti - “Azərsığorta” ASC-nin balansında olan 34 avtonəqliyyat vasitəsini 3-cü dəfə 25 % endirimlə açıq hərraca çıxarıb.

Mia.az Dövlət Xidmətinə istinadən xəbər verir ki,  hərrac martın 6-da, saat 10:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, şirkətin hesabına beh ödəməlidir.

Seçilən
49
1
mia.az

10Mənbələr