AZ

“Range Rover”i yol kənarında dayanmış maşının üstünə çıxardı- VİDEO

Türkiyənin Balıkəsir şəhərinin Bandırma səmtinin Çınarlı məhəlləsi Adalet küçəsində baş verən maraqlı qəza görənləri heyrətə gətirib. AzPost İHA-ya istinadla xəbər verir ki, 10 ARD 860 nömrə nişanlı “Range Rover” markalı avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarında dayanmış digər avtomobilə çırpılaraq onun üzərinə çıxıb.

Qəzanı görənlər təəccüblərini gizlədə bilməyiblər. Balıkesir Böyükşəhər Bələdiyyəsi Bandırma xilasetmə qrupları sürətlə hadisə yerinə sövq edilib. Avtomobildə sıxışan sürücü sağ-salamat çıxarılıb. Yol polisi əməkdaşları da hadisə yerində təhlükəsizlik tədbirləri görərək qəzanın necə baş verdiyini araşdırmağa başlayıb.

Aptekin və mənzilin girişinin düz qarşısında baş verən hadisə ətrafdakı vətəndaşların marağına səbəbolub. Yan üstə olan “Range Rover” qaldırıcı kranın köməyi ilə yerə endirilib. Qəza ilə bağlı araşdırmalar davam edir.

Seçilən
37
azpost.info

1Mənbələr