AZ

"Britaniya Ukrayna ərazisinə qoşun yerləşdirməyə hazırdır" - Key Starmer

"Britaniya gələcək sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün Ukrayna ərazisinə öz qoşunlarını yerləşdirməyə hazırdır". 

Bakıvaxtı.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Key Starmer deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır:

"Böyük Britaniya 2030-cu ilə qədər hər il 3 milyard funt sterlinq ayırmağı öhdəsinə götürdüyü Ukrayna silahlı qüvvələrinə əlavə dəstək verə bilər. Hətta lazım gələrsə, öz qoşunlarımızı göndərməklə, Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə hazırıq. Britaniya Avropa ilə ABŞ arasında körpü rolunu oynayaraq, Ukraynada sülhün əldə olunması prosesində unikal rol oynaya bilər. Ukrayna bu danışıqların masasında olmalıdır".

Gülşən Şərif

Seçilən
13
bakivaxti.az

1Mənbələr