Avstriyanın Villax şəhərində küçədə insanlara bıçaqla hücum edərək 1 nəfəri öldürən, 6 nəfəri yaralayan təcavüzkar saxlanılıb.Avstriyanın Villax şəhərində yaşamaq icazəsi olan və bu günə qədər heç bir hüquqi işi olmayan suriyalı qaçqın bıçaqlı hücum edib.Hücum zamanı 14 yaşlı gəncin həyatını itirdiyi, 6 nəfərin müxtəlif səviyyələrdə yaralandığı bildirilib.Şahidlər 23 yaşlı hücumçunun hücum zamanı və hücumdan sonra güldüyünü deyib.10 dəqiqədən az davam etdiyi təxmin edilən hücum suriyalı yemək daşıyan sürücünün təsadüfən oradan keçməsi və cəsarətlə müdaxilə etməsi ilə başa çatıb.Avstriya rəsmiləri hadisə ilə bağlı terror təhqiqatına başlayıb. İstintaq çərçivəsində təcavüzkarın keçmişi və motivləri araşdırılıb.Avstriya Daxili İşlər Nazirliyi hücumçunun İŞİD terror təşkilatına bağlı olduğunu və internet vasitəsilə radikallaşmaqda şübhəli bilindiyini açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta