Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən Rusiyanın məşhur estrada ulduzu Alsu keçmiş həyat yoldaşı, yəhudi əsilli milyonçu iş adamı Yan Abramovun Rusiyadan çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edib.
OLAY yazır ki, bu haqda “StarHit” nəşri məlumat yayıb.
Alsunun vəkilləri bu cür məhdudiyyətin zəruriliyini sübut edə bilməyiblər və müğənnin şikayət təmin olunmayıb.
Müğənninin vəkilləri Abramovdan 2023-2024-cü illərdə alınmış bir neçə mülklə (Onlar üçüncü şəxslərin adına qeydiyyatdadırlar. Həmin şəxslərin cütlüyün övladları ola biləcəyi təxmin edilir) müsadirə etməyi və ona hər hansı bir iş görməyi qadağan etməyi istəyiblər.
Bu əmlaklara sahəsi 652 kvadratmetr olan ev, 4 hektar torpaq sahəsi və 5-dən 505 kvadratmetrdək arasında bir neçə yaşayış sahəsi daxildir.
Qeyd edək ki, Alsu və Yan cütlüyü 2024-cü ilin avqustunda boşanıb. Onların üç övladı var: Safina, Mikella və Rafael. Uşaqlar anaları ilə yaşayır.
