AZ

Böyük qəzəl ustadı: Əliağa Vahid-130

Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahidin anadan olmasından 130 il keçir.

Kulis.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Böyük qəzəl ustadı Əliağa Vahid” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.

Əliağa Vahid kimdir?

Əliağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. İkinci Dünya müharibəsi illərində yazdığı əsərlərdə və “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında vətənə məhəbbət və qələbəyə inam hisslərini təbliğ edib.

Seçilən
28
kulis.az

1Mənbələr