AZ

Dağ keçilərini ovlayıb kolbasa düzəltdi- VİDEO

Türkiyənin Mersin əyalətinin Bozyazı rayonunda bir şəxs ovlanması qadağan olunan və rəsmi olaraq dövlət tərərfindən qoruanan 3 dağ keçisini ovlayıb. Şəxs bununla da kifayətlənməyərək ovladığı heyvanların ətindən kolbasa hazırlayıb.

AzPost İHA-ya istinadla xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının birgə keçiridiyi əməliyyat nəticəsində qanunları pozan şəxsin evində axtarış aparılıb.

Nəticədə 1 ədəd uzun lüləli ov tüfəngi, 2 ədəd sənədsiz tapança, 97 ədəd 9 mm-lik güllə, 2 ədəd görmə cihazı, 2 ədəd radioqəbuledici, 3 ədəd qorunan dağ keçisi dərisi və içərisi samanla doldurulmuş dağ keçisi maketi aşkar edilərək götürülüb. Şəxsin ovladığı heyvanların ətindən kolbasa hazırladığı məlum olub. Onun barəsində qanunvericiliyə uyğun olaraq 1 milyon 961 min TL (90 min manat) cərimə tətbiq edilib. Müsadirə edilən kolbasa və ətlər aidiyyəti qurumlar tərəfindən məhv edilib.

Seçilən
53
azpost.info

1Mənbələr