AZ

Paşinyan sülh sazişi imzalamaqdan yayınır

Paşinyan
N. Paşinyan

“Hazırda Ermənistanın özünə yeni sahib və ya ağa axtardığını müşahidə edirik. Ermənistan gah Parisin, gah Brüsselin, gah da Vaşinqtonun qapısını döyür. Azərbaycan isə əsas problemini - ərazi bütövlüyü kimi vacib işi həll edib, üstəlik, öz niyyətini açıqlayıb. Azərbaycan bəyan edib ki, sülh sazişi imzalamaqda maraqlıdır. Hesab edirəm ki, indiki mərhələdə sülh sazişinin imzalanması daha çox Ermənistandan asılıdır”.

Bunu Reyting.az-a Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişinin imzalanmasının perspektivini şərh edərkən deyib.

Onun sözlərinə görə, indi Ermənistan sülh danışıqları adı altında vaxt udmağa, siyasi kəndirbazlıq etməyə çalışır.

A. Mollazadə bildirib ki, Ermənistandan daha böyük və güclü olan erməni lobbisi də sülhü deyil, müharibəni və qan tökülməsini istəyir.


A. Mollazadə

Mollazadə əlavə edib ki, normalda sülhün alternativi müharibədir və baş nazir Paşinyan anlayır ki, əgər hərbi əməliyyatlar başlasa, onun ordusunun qalıqları pis duruma düşəcək: “Bu səbəbdən də “sülh”desə də, əslində, vaxt udmağa və özünə xal toplamağa çalışır. Ancaq hər şeyin sonu olduğu kimi, belə fəaliyyətin də bir sonluğu olacaq. Odur ki, sülh sazişi imzalasalar daha yaxşıdır. Bu, həm regionda sabitliyə töhvə verər və həm də ticarət əlaqələrini genişləndirər”.

Y. QACAR
Seçilən
4
50
reyting.az

10Mənbələr