AZ

Ukrayna rus ordusunun Donetsk və Xarkovda irəlilədiyini təsdiqləyib

Rusiya Silahlı Qüvvələri Donetsk və Xarkov vilayətlərində irəliləyib.

Herbiand.az bildirir ki, bu barədə Ukraynanın DeepState analitik resursu özünün Telegram kanalında məlumat yayıb.

DeepState Rusiya Silahlı Qüvvələri tərəfindən Donetskin Pokrovski istiqamətində Sribnoye yaşayış məntəqəsinin tutulmasını təsdiqləyib. Həmçinin, rusların Kuraxovski istiqamətində Daçnoye və Ulaklı kəndləri ərazisində də irəliləməsi qeyd olunub.

Analitiklər Rusiya Silahlı Qüvvələrinin Donetskdə Novoselkanın cənub-şərqinə uğurlu irəliləyişini vurğulayıblar. DeepState, həmçinin Oskol çayının sağ sahilində, Novomlinskdən şimalda, Fiqolovka kəndi ərazisində də rusların irəlilədiyini bildiriblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr