ABŞ-nin Kentukki ştatında qasırğa və güclü daşqın nəticəsində 9 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölənlərin arasında ana və yeddi yaşlı uşağı da var.
Həmçinin Corciya ştatının Atlanta şəhərində daha bir nəfər ölüb.
Kentukki qubernatoru Andy Beshear, bunun ştatın ən azı on ildə gördüyü ən ağır hava hadisələrindən biri olduğunu söyləyib. O əlavə edib ki, ölüm hallarının əksəriyyəti su altında qalan avtomobillər səbəbindən baş verib.
Axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının artacağı gözlənilir.
Atlanta Yanğın və Xilasetmə, böyük ağacın bir evin üstünə düşməsi nəticəsində şəhərdə bir nəfərin öldüyünü bildirib.
Kentukki ştatında 39 minə yaxın ev fırtına səbəbindən işıqsız qalıb. Səlahiyyətlilər xəbərdarlıq edib ki, güclü külək elektrik enerjisinin daha da kəsilməsinə səbəb ola bilər.
Kentukki və Tennessi ştatlarının bəzi hissələri həftə sonu 2,5 düymədək yağış aldı. Hazırda ABŞ-ın əksər hissəsində sərt qış havası proqnozlaşdırılır.