AZ

Qaradağlı soyqırımı qurbanları anıldı (FOTO)

Xocavənd. Trend:

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonununQaradağlı kəndində dinc sakinlərə qarşı həyata keçirilən soyqırımıcinayətindən 33 il keçir.

Trend-in yerlimüxbirinin xəbərinə görə, Beyləqan rayonu ərazisində məskunlaşanxocavəndlilər “Yeni Qaradağlı” qəsəbəsində Qaradağlı faciəsininildönümü münasibətilə şəhidlərin xatirəsinə ucaldılmış abidəkompleksini ziyarət ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətininbaşçısı Eyvaz Hüseynov, Qaradağlı kəndinin sakinləri, rayonictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmişdöyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb,şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Qeyd edək ki, erməni işğalçılarına qarşı dörd il qəhrəmanlıqlamübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğaledilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib.İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ermənicəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdətəsərrüfat quyusuna tökərək torpaqlayıblar.

Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Girovgötürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azadolunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmazyaralardan sonralar vəfat edib.

Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanıqətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub.Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindənbiri qətlə yetirilib. Kəndin 800 nəfərə yaxın sakini doğmayurdundan didərgin düşüb.

Qaradağlı
Qaradağlı
Qaradağlı
Qaradağlı
Qaradağlı
Qaradağlı
Seçilən
49
az.trend.az

1Mənbələr