AZ

AFFA rəhbərliyi Nazim Süleymanovu yubileyi münasibətilə təbrik edib

Bakı, 17 fevral, AZƏRTAC

AFFA rəhbərliyi Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanovu 60 illik yubileyi münasibətilə təbrik edib.

Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. O, karyerası ərzində “Neftçi”, Rusiyanın “Spartak” (Moskva), “Alaniya” və “Jemçujina-Soçi” klublarında çıxış edib. Azərbaycan millisinin heyətində 24 oyun keçirən keçmiş hücumçu 5 qolun müəllifi olub.

Seçilən
17
azertag.az

1Mənbələr