AZ

Turkish Petroleum: 2024-cü ildə Azərbaycan büdcəsinə 422,7 mln. manatlıq töhfə

Finss.az - Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici neft şirkətləri dəfələrlə iqtisadiyyata təsirləri və vergi daxilolmalarına verdikləri töhfələrlə diqqət mərkəzində olublar.

Bu qurumlar arasında “Türkiyə Respublikasının Turkish Petroleum Overseas Company Ltd” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rolu xüsusi vurğulanmalıdır. Şirəkət 2024-cü il ərzində Azərbaycan dövlət bütcəsinə 422,7 milyon manat həcmində vergi daxilolmaları təmin edib.

Turkish Petroleum Overseas Company Ltd Azərbaycan neft sektorunda strateji tərəfdaş kimi uzun illərdir fəaliyyət göstərir. Şirəkət Xəzər dənizindəki neft və qaz yataqlarının kəşfiyyatı, hasilatı və emalı istiqamətində önəmli layihələrə qatılır. Neft-qaz sahəsindəki bu tərəqqi eyni zamanda dövlət büdcəsinə xeyli gəlir gətirir.

2024-cü il ərzində Şirəkətin ödədiyi 422,7 milyon manat həcmində vergi, Azərbaycan iqtisadiyyatına olan inamın və neft sektorundakı sabitliyin göstəricisidir. Bu daxilolmalar sosial rifahın artırılması, infrastruktur layihələrinin maliyyələşdiriləməsi və iqtisadi sabitliyin qorunması baxımından vacib rol oynayır.

Türkiyənin Turkish Petroleum Overseas Company Ltd şirkətinin Azərbaycandakı fəaliyyəti tək neft-qaz sahəsində deyil, eyni zamanda vergi daxilolmaları vasitəsilə iqtisadiyyata verdiyi töhfə baxımından da çox dəyərlidir. Bu cür transmilli şirkətlərin səmərəli fəaliyyəti Azərbaycanın enerji sektorundakı lider mövqeyinin möhkəmlənməsinə xeyli təkan verir.

Seçilən
6
fins.az

1Mənbələr