AZ

Boks millimizə yeni baş məşqçi təyin edilib

Bakı. Trend:

Qadın boksçulardan ibarət Azərbaycan milli komandasında yeni başməşqçi təyinatı rəsmiləşib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığma İlkinAğayevə həvalə edilib.

Onun qarşısına qadın boksunun inkişafı, beynəlxalq arenadauğurlu çıxış məqsədi qoyulub.

36 yaşlı mütəxəssis boksçu karyerasında yeniyetmələr arasındadünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropaçempionatında finala kimi yüksəlib.

Dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibiadını qazanan gənc mütəxəssis 2017-ci ildən məşqçi kimi fəaliyyətgöstərir. O, son 3 ildə isə məhz qadınlardan ibarət Azərbaycanseçməsində çalışıb.

Seçilən
32
12
az.trend.az

10Mənbələr