Millimizin sabiq futbolçusu Nazim Süleymanovun 60 illik yubileyidir.
Msport.az xəbər verir ki, bu münasibətlə AFFA-da onunla görüş olub.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev iştirak ediblər. Onlar Süleymanovu yubileyi münasibətilə təbrik ediblər.
Bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.