AZ

IDEX-2025: “Otokar” tırtıllı və təkərli texnikalarını Əbu-Dabidə təqdim edir

Türkiyənin “Otokar” şirkəti hərbi məhsul və xidmətlərini Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 sərgisində təqdim edir.

“Poliqon” xəbər verir ki, şirkət sərgidə tırtıllı və təkərli texnikalarını, o cümlədən qüllə sistemlərini nümayiş etdirir.

Bunların arasında aşağıdakılar yer alır:

30 mm-lik MIZRAK qülləsi ilə ARMA 8×8 ve ARMA II 8×8 zirehli nəqliyyat vasitləri;

120 mm-lik “Hitfact Mk2” qülləsi ilə TULPAR PDM-i;

7 mm-lik KESKİN qülləsi ilə COBRA II zirehli maşını;

25 mm-lik MIZRAK qülləsi ilə ARMA 6×6 zirehli nəqliyyat vasitəsi.

Qeyd edək ki, NATO və BMT tədarükçüsü olan “Otokar”, öz texnologiyası və dizaynı ilə 4×4, 6×6, 8×8 təkərli zirehli nəqliyyat vasitələri, tırtıllı zirehli texnikalar, insansız zirehli maşınlar və qüllə sistemləri istehsal etməklə müdafiə sənayesində qlobal güc olaraq seçilir. Beş qitənin 40-dan çox ölkəsində 33 mindən artıq hərbi maşını xidmətdə olan “Otokar”, dünyanın müxtəlif coğrafiyalarında əldə etdiyi təcrübəni nəqliyyat vasitəsi inkişaf fəaliyyətlərinə əks etdirir. Bu yolla “Otokar” bugünkü və gələcək təhdidlərə qarşı üstün həllər təklif edərək sektorda fərq yaratmağa davam edir.

“Otokar”ın hərbi maşınları modul quruluşu və üstün hərəkət qabiliyyəti ilə seçilir. Bu avtomobillər hətta çətin ərazilərdə belə yüksək performans və təhlükəsizlik təklif etməklə ən kritik missiyalarda lazım olan dəstəyi təmin edir.

Regionun ən böyük müdafiə sərgisi olan IDEX çərçivəsində “Otokar” şirkəti Yaxın Şərq və Körfəz, eləcə də digər regionlardakı mövcudluğunu artırmaq üçün hazırkı və potensial istifadəçiləri ilə əlaqələrini inkişaf etdirib, yeni əməkdaşlıq imkanlarını qiymətləndirəcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

WhatsApp

WhatsApp

WhatsApp

WhatsApp

WhatsApp

Seçilən
17
poliqon.az

1Mənbələr