Xəbər vermişdik ki, Baş nazir Paşinyanın 2025-ci il yanvarın 24-də İsveçrədə bir qrup diaspor ermənisi ilə görüşü zamanı səsləndirdiyi fikirlər dünyadakı erməni icmalarını və Ermənistandakı soydaşlarını şoka salıb.
Adalet.az xəbər verir ki, Böyük Britaniyanın Erməni İcma Şurası bununla bağlı bəyanat yayıb:
"Onun erməni soyqırımı ilə bağlı şərhləri erməni soyqırımının doğruluğunu şübhə altına alır. Erməni İcma Şurası baş nazir Paşinyanın sözlərindən dərin narahatlığını və hiddətini bildirir. Erməni soyqırımı Türkiyənin və onun dərin dövlətinin inkarçı siyasətindən asılı olmayaraq tarixin sübut edilmiş, danılmaz faktıdır. 30-dan çox ölkə, o cümlədən ABŞ, Fransa, Kanada, Almaniya və bir çox başqa ölkələr bu hadisələri soyqırım kimi tanıyıb. Yalnız erməni soyqırımı həqiqətinin Ərdoğan və tərəfdarları şübhə altına ala bilər.
Bu millətə xəyanətdir, həqiqəti inkar etməkdir. Baş nazir onun motivlərinin nə olduğunu izah edə bilərmi? Ola bilsin ki, həqiqətən də, o, şübhə və spekulyasiya mühiti yaratmaq üçün Ərdoğanın göstərişi ilə həqiqəti şübhə altına almağa başlayıb. Nikol Paşinyan erməni soyqırımının kanonlaşdırılmış şəhidlərinin xatirəsinə hörmətsizlik edən məsuliyyətsiz və təhqiramiz bəyanatlarına görə rəsmi və açıq şəkildə üzr istəməlidir”.
Qeyd edək ki, əslində Türkiyəyə qərəzi olmayan təşkilatlar qondarma erməni soyqırımı olduğuna inanmır və yaxud belə bir iddianı dəstəkləmir. Məsələn, 2015-ci ildə İsveçrə məhkəməsi "erməni soyqırımını inkar" etdiyinə görə Türkiyəli tanınmış siyasətçi Doğu Perinçeki cəza kəsdi. Daha dəqiq, ona 90 gün həbs cəzası verdi, bu azmış kimi 16 873 İsveç frankı məbləğində cərimə kəsdi. Rəbii ki, məsələni hüququ müstəviyə çıxaran Perinçek beynəlxalq məhkəməyə üz tutdu. Avropa İnsan Haqları Məhkəməsinə İsveçrə hökumətinin qərarından şikayət etdi. Bildirib ki, BMT-nin 1948-ci ildə qəbul etdiyi soyqırımının təyin edilməsi prinsiplərinə zidd olan qərar saxta ittihamdır və bu səbəbdən rəsmən tanına bilməz, eyni zamanda qərar icra edilə bilməz. Belə olduqda isə İsveçrə hökuməti həmin qərarı Doğu Perinçeyin lehinə dəyişdirdi. Əslində Perinçəyin məhkıəməsi isbatladı ki, bu məhkəmə və onun nəticələri "erməni soyqırımı" iddialarının tarixi yalandan başqa bir şey deyil.
Əntiqə Rəşid