AZ

İsraildən növbəti qadağa: Konteyner evlər bölgəyə buraxılmır

Atəşkəsə baxmayaraq, İsrail hökuməti 15 aydır davam edən hücumlar nəticəsində ağır dağıntılara məruz qalan Qəzza zolağına konteyner evlərin buraxılmasına icazə vermir.

Mia.az xarici məıtbuata istinadla xəbər verir ki, bu səbəbdən hazırda dağıntıları arasında qurulmuş müvəqqəti çadırlarda yaşayan yerli camaatı daha münasib olan konteyner evlərə köçürmək mümkünsüzləşib.

Məlumatda deyilir ki, HƏMAS-la əldə olunan və yanvarın 19-da qüvvəyə minən atəşkəsə əsasən, İsrail hökuməti razılaşmanın birinci mərhələsində 200 min çadır və 60 min konteyner evin Qəzzaya buraxmalı idi: "Lakin İsrail indiyədək Qəzzaya bir konteyner evinə icazə verməyib. 200 min çadırdan yalnız 73 mininin daxil olmasına icazə verilib".

Tahir Şəlvəli
Mia.az

Seçilən
31
1
mia.az

2Mənbələr