AZ

Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olanlar cərimələnəcək

Bakı. Trend:

Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmişfəaliyyətlə məşğul olanlar cərimələnəcək.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibatiXətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında AzərbaycanRespublikasının Qanununda öz əksini tapıb.

Sənədə əsasən, turizm və rekreasiya zonalarının ərazisində“Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağanedilmiş fəaliyyətlə məşğul olmağa görə – fiziki şəxslər dörd yüzmanatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki minmanatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç minmanatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Məqalədə:
Seçilən
28
9
az.trend.az

10Mənbələr