AZ

Leps 19 yaşlı sevgilisindən şikayətləndi!

Rusiyanın Əməkdar artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora Kibaya xərclədiyi üçün maliyyə çətinliyi ilə üzləşdiyini açıqlayıb.

OLAY yazır ki, “7 gün” nəşrinə müsahibə verən sənətçi bildirib ki, Londonda təhsil alan nişanlısının bütün xərclərini özü ödəyir.

“Avrora, dünən yanıma uçub, gəldi. Bunu ondan mən xahiş etdim. Düzdür, bu uçuşlar pul kisəmi qurudur. Amma çoxdan idi ki, biz görüşmürdük”, - deyə Leps vurğulayıb.

Nəşrin məlumatına görə, estrada ulduzun maliyyə baxımından şəxsi biznesindəki işlər də yaxşı getmir. Belə ki, müğənninin “Xlebosolnoye Podvorye” şirkəti 3 ildir ki, heç bir gəlir əldə etmir.

Bundan başqa, “Altaytravel” turizm agentliyi və “Leps-Optika” eynək satışı şirkəti qazanc əldə etmir.

Xatırladaq ki, Aurora Kiba və Qriqori Leps ilk dəfə ötən ilin yayında “Muz TV”-nin mükafatlandırma mərasimində ictimaiyyət qarşısına çıxıblar. Tezliklə toy şayiələri yayılmağa başlayıb. Leps nişanlısı ilə xoşbəxt olduğunu və ondan uşaq sahibi olmaq istədiyini vurğulayıb. Leps və Kibanın toyunun nə vaxt olacağı hələlik məlum deyil. Lakin Aurora nəinki nişanlısının konsertlərinə, həm də onunla tətilə gedir. 

Seçilən
45
4
olay.az

5Mənbələr