Ajans.az xəbər verir ki, tez bir zamanda söndürülən yanğın ərazidə vahiməyə səbəb olub.
Saat 11.30 radələrində Asmalı Məscit məhəlləsində İstiklal küçəsində yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranda naməlum səbəbdən yanğın baş verib. Yanğını görən əməkdaşlar yanğınsöndürənlərə xəbər veriblər.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.
Yanğınla bağlı araşdırmalar davam edir.