AZ

Qərb brendləri Rusiyaya qayıdır

2025-ci ildə 350-yə yaxın Qərb brendi Rusiyaya qayıda bilər və bununla əlaqədar olaraq marketinq xidmətləri bazarının və bunun üçün xərclərin artacağı gözlənilir. Vətəninfo.az xəbər verir ki, bu barədə Kokoc Group reklam qrupunun strategiya direktoru Roman Kazıxanov məlumat verib.

“Biz 2025-ci ildə Rusiyada marketinq xərclərinin və ümumi marketinq xidmətləri bazarının artımını gözləyirik. 2022-ci ildə bazarı tərk edən brendlərin əksəriyyəti öz kateqoriyalarında ən böyüyü olub, bütün göstəricilərə görə lider olublar – onlar kateqoriyada ton müəyyən ediblər, ağıllarda və rəflərdə üstünlük təşkil ediblər”, – Kazıxanov Gazeta.Ru-ya bildirib . Kokoc Group 2025-ci ildə 350 şirkətin Rusiyaya qayıda biləcəyini proqnozlaşdırır.

2024-cü ilin dördüncü rübünün sonuna qədər Ssang Yong avtomobil markası da daxil olmaqla 235 şirkət Rusiya bazarına qayıtdı. Bundan əlavə, 13 yeni xarici brend Rusiya bazarına çıxmaq üçün müraciət edib.

Seçilən
38
veteninfo.az

1Mənbələr