AZ

Hərbi birləşmə Azərbaycanla qonşu ölkəyə GƏLİR: Böyük savaşa hazırlıq BAŞLADI

JCS-in bəyanatına görə, Rusiya-Ukrayna müharibəsinə Şimali Koreya qüvvələrinin göndərilməsindən dörd ay keçib və bu müddətdə ciddi itkilər və əsir düşmə halları baş verib. Buna baxmayaraq, Pxenyan vəziyyəti təhlil edərək yeni qoşunların göndərilməsi prosesini sürətləndirir. Şimali Koreyanın hansı əlavə tədbirlər görəcəyi hələ dəqiqləşdirilməsə də, ölkənin həm casus peyki, həm də qitələrarası ballistik raket (ICBM) buraxmağa hazırlaşdığı bildirilir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin fevral ayının sonuna qədər görüş keçirməsi gözlənilir. Bu barədə “Newsweek” məlumat yayıb. Gözlənilən görüşün Ukrayna müharibəsinin gələcək gedişatına necə təsir edəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

Maraqlıdır, yeni qoşunların Rusiyaya göndərilməsi müharibənin daha da şiddətlənəcəyi anlamına gəlir?

Məsələ ilə bağlı Ajans.az-a danışan politoloq Elçin Xalidbəylinin sözlərinə görə, Şimali Koreyanın Rusiyaya ordu göndərməsi əsasən maliyyə maraqları ilə bağlıdır. Onun fikrincə, Kreml bunun qarşılığında Pxenyana böyük məbləğdə vəsait ödəyir və beləliklə, Şimali Koreya müəyyən mənada "hərbi bizneslə" məşğuldur:

"Müharibənin dayandırılması üçün Putin-Tramp danışıqları hələ başlanğıc mərhələsindədir. Hazırda bu prosesin necə yekunlaşacağını demək çətindir. Baxmayaraq ki, ilkin baxışdan Trampın planı reallaşa bilər kimi görünür, əslində beynəlxalq aləmdə bu plana qarşı ciddi müqavimət var. Bir sıra güclər Trampın Putinlə razılaşaraq Ukraynanı bölüşdürmək planını poza bilərlər. Bu qüvvələr hesab edirlər ki, belə bir razılaşma Avropanı real hərbi təhlükə ilə üz-üzə qoya bilər. Buna görə də artıq Trampın planına qarşı aktiv fəaliyyətə başlayıblar".

Ekspert qeyd edir ki, yaxın gələcəkdə Tramp-Putin əlaqələri ətrafında vəziyyətin daha da mürəkkəbləşəcəyi ehtimal olunur:

"ABŞ-da Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsi ilə bağlı ciddi addımlar atılır. Əgər bu proses davam edərsə, Putin gözləntilərini doğrultmaya bilər, Trampın Ukrayna ilə bağlı planları isə həyata keçməyə bilər. Ukraynanın tamamilə Rusiya tərəfindən işğal olunması real görünmür. Hazırda Rusiyanın özü iqtisadi baxımdan ciddi çətinliklər yaşayır. Hərbi sənaye kompleksinin istehsalı xeyli azalıb və bu səbəbdən Rusiya Şimali Koreyadan həm ordu, həm də silah-sursat tədarük etməyə məcbur olub.

Xalidbəylinin sözlərinə görə, əgər müharibə 5-6 ay və ya daha uzun müddət davam edərsə, bu, Ukraynadan daha çox Rusiyanın iqtisadi və siyasi çöküşünə səbəb ola bilər:

"Putin müharibəni Rusiya maraqları çərçivəsində dayandırmaq üçün bütün imkanlarından istifadə edir. Lakin Ukraynaya beynəlxalq dəstək davam edərsə, bu proses daha da uzana və Kremlin planlarını poza bilər".

Seçilən
14402
2
Ajans.az

3Mənbələr