AZ

Fulya Öztürk çətin anlar yaşadı - VİDEO

İraq sərhədinə gedən Fulya Öztürk komandolardan birinin çantasını qaldırmaq istəyərkən çətinlik çəkib.

News24.az xəbər verir ki, jurnalist Fulya Öztürk sərt qış şəraitində Mehmetçikin te* *ora qarşı mübarizəsindən xəbər verib. Bölgədən verdiyi xəbərlərlə diqqət çəkən Öztürk əsgərlərlə keçirdiyi müsahibələrlə əməliyyat şəraitinin nə qədər çətin olduğunu bir daha ortaya qoyub.

Yayım zamanı mikrofon verilən Mehmetçik, taxdığı avadanlığın ağırlığına işarə edərək, "Hazırda üzərimdə təxminən 35 kiloya qədər ağırlıq var. Bütün avadanlıq və sursatlarla birlikdə 35 kilonu keçir" deyib.

Daha sonra Mehmetçikin köməyi ilə çantanı kürəyinə taxmağa çalışan Fulya Öztürk "İnanılmazdır, belim həqiqətən əyildi. Bir dəbilqə, silah, əl qu*baraları var, hamısının çəkisi 40 kilodan çoxdur. Bunlarla tarazlığı saxlamaq, yerimək çox çətindir, sizin nə yaşadığınızı anlamaq istəyirəm" deyib. 

Həmin anları təqdim edirik:

Günel Məlikzadə

Seçilən
12
news24.az

1Mənbələr