AZ

Amorim: “Bu, dünyada ən çətin yarışdır”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 25-ci turunun “Tottenhem”lə səfər oyununu (0:1) şərh edib.

Arena.az BBC-yə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bütün fərq onda idi ki, onlar qol vurdular, biz isə – yox. Bizim imkanlarımız vardı. Bizim, əks-hücumlardan sonra fürsətlərimiz oldu, biz nəticəyə nail olmaq istədik, amma yekunda onlar qol vurdular, biz isə – yox.

Biz oyunçularımızın bərpa olmasını istəyirik. Düşünürəm ki, biz növbəti oyuna bəzi oyunçularımızın sıraya dönməsinə müyəssər olacağıq. Biz cari mövsümü bitirib yenisini təmiz vərəqdən başlamaq üçün vahid halda olmalıyıq.

Bu, dünyada ən çətin yarışdır. Mən gənclərlə ehtiyatla davranmaq istəyirəm. Mən hiss edirdim ki, komanda qol vurmağa can atır və dəyişiklik etmək istəmirdim. Amma bu uşaqlar hələ oynayacaqlar.
Mən narahat deyiləm. Mən, bizim ararkeşlərimizi də başa düşürəm, başa düşrəm ki, bu haqda mətbuat nə düşünür. Mən məğlub olmağa nifrət edirəm, bu, dünyada ən pis duyğudur. Başqa xüsuslar haqda isə düşünmürəm. Mən oyunçulara kömək etmək üçün buradayam. Mən öz vəziyyətimi, öz tapşırığımı başa düşürəm, mən öz işimə əminəm və sadəcə olaraq qələbə qazanmaq istəyirəm.
Məni, bizim, yarım cədvəlindəki mövqeyimiz narahat edir, öz vəziyyətim deyil”, deyə Amorim vurğulayıb.

Cari mövsümdə keçirdiyi 25 oyunda 29 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Tottenhem” isə 30 xalla 12-ci pillədədir.

Premyer Liqaya 60 xalla “Liverpul” başçılıq edir.

Seçilən
57
arena.az

1Mənbələr