AZ

İlyas İsmayıl dəfn yeri ilə bağlı vəsiyyət edibmiş

Ədalət Partiyasının sədri İlyas İsmayıl bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.

Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini  Elxan Şükürlü bildirib ki, sabiq nazirin harada dəfn ediləcəyi barədə dəqiq məlumat yoxdur:

"Ancaq İlyas İsmayıl özü vəfatından əvvəl oğlunun yanında, yəni Nardaran qəbiristanlığında dəfn olunması barədə vəsiyyət etmişdi. Böyük ehtimalla orada da dəfn olunacaq. Bununla bağlı yekun qərarı ailəsi verəcək".

İlyas İsmayılın gəlini Sevil Nuriyeva onun vəfatı ilə bağlı sosial şəbəkə hesabından paylaşım edib: "Atam geder sevdiyim, atam kimi əziz bildiyim, mənə Etimadın yadigarı olan qaynatam İlyas İsmayılovu itirdik... Allah ruhunu şad etsin. Sevimli balasına qovuşacaq, onunla birlikdə yeri cənnət olsun...".

Xatırladaq ki, siyasətçinin oğlu Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da Bakırköydəki ofisində silahla öldürülüb.

Seçilən
41
3
modern.az

4Mənbələr