Bakı. Trend:
Türkiyənin Kırşehir Ahi Evran Universitetinin rektoruProf. Dr. Mustafa Kasım Karahocagil və onu müşayiət edən nümayəndəheyəti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) iləəməkdaşlıq münasibətlərini möhkəmləndirmək məqsədilə UNEC-dəsəfərdə olub.
UNEC rektoru professor Ədalət Muradovla keçirilən görüşdə həriki universitetin təhsil sahəsindəki fəaliyyətləri və əməkdaşlıqimkanları müzakirə olunub. Professor Ədalət Muradov türkiyəliqonaqlara UNEC-in təhsil imkanları, rəqəmsal idarəetmə sistemi,beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları, dünyareytinqlərindəki mövqeyi, tələbə və müəllim kontingenti və digəristiqamətlər barədə ətraflı məlumat verib.
Prof.Dr. Mustafa Kasım Karahocagil UNEC-in təhsil sahəsindəkimüasir yanaşmalarını yüksək qiymətləndirərək, bu ali təhsilmüəssisəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.Müzakirələrin nəticəsi olaraq, UNEC ilə Kırşehir Ahi EvranUniversiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda hər iki universitetin akademik inkişafına töhfəverə biləcək tələbə və müəllim mübadiləsi, birgə konfranslarıntəşkili, elmi tədqiqatlar üzrə əməkdaşlıq və digər sahələr üzrəbirgə fəaliyyət istiqamətləri yer alıb.